Xırdalanda məktəb qarət olunub.
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərindəki orta məktəblərdən birinin sinif otağından 28 ədəd kompüter oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Hüseyn Ağamalıyev, 1 yeniyetmə və Sumqayıt şəhər sakini Asif Əliyev tutulublar.