Mingəçevirdə sərnişin mikro avtobusu qəzaya düşüb. 

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, Avtovağzalın yaxınlığında baş verib.

Belə ki, "Vaz2107 markalı avtomobil həmin an xəttə olmayan, Mingəçevir-Bakı marşurutu ilə sərnişin daşıyan "Ford markalı mikroavtobusla toqquşub.

Nəticədə "VAZ 2107-nin sürücüsü - 1997-ci il təvəllüdlü şəhər sakini Əliyev Aydın Namiq oğlu xəsarət alıb. Yaralı hadisə yerinə gəlmiş təcili yardım maşını ilə şəhər xəstəxanasına aparılıb.

Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.