İran parlamentində prezident Həsən Ruhaninin Energetika naziri postuna namizəd kimi göstərdiyi Həbibulla Bitərəf lazımı qədər səs toplaya bilməyib.

Unikal.org  xəbər verir ki, bu barədə "Assoşeyted Press informasiya yayıb.

Parlament 17 namizəddən 16-nın nazir postuna təyin edilməsini təsdiqləyib. Namizədliyi təsdiqlənənlər arasında Xarici İşlər naziri Cavad Zərif və Müdafiə naziri Əmir Xatəmi də var.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaniyə kabinetin tərkibinə qadın nazirlərin təyin olunması ilə bağlı təzyiqlər var.