Ağstafada piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istnadən xəbr verir ki,  hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birinin önündə baş verib. Belə ki, həmin sarayın önündə avtomobil dayanacağında nəzərətçi işləyən, Ağstafa rayon sakini, 1964-cü il təvəllüdlü Elçin Abbas oğlu Əhmədov avtomobil yoluna çıxıb dayanacağa avtomobilin girməsi üçün istiqamət verən zaman arxadan gələn yük maşını onu vurub. Nəticədə piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.