Rusiyada yaşayan müsəlmanlar Myanmada müsəlmanların qətlə yetirilməsinə etiraz edərək paytaxt Moskvada aksiya keçiriblər.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, etiraz aksiyasında minlərlə müsəlman iştirak edib.

"Allahu Əkbər sədaları ilə keçirilən aksiya insidentsiz başa çatıb.

Səfirliyin qarşısında təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb.

Xatırldaq ki, Myanma hökuməti ölkənin Arakan əyalətində yaşayan müsəlmanlara qarşı qətliam törədir. Bir həftəyə 3 mindən çox müsəlman qətlə yetirilib.