Parisdə etiraz aksiyası keçirilib.

Unikal.org-un RİA "Novosti-ə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları əmək qanunvericiliyinə təklif olunan dəyişikliklərə etirazlarını bildirirlər.
On minlərlə insan Bastiliya meydanından İtaliya meydanına doğru irəliləyib.
Aksiyaçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurma yaşanıb.
Məlumata görə, polislər aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
Bu gün Fransanın Marsel, Kan, Monpelye, Bordo, Lion və digər şəhərlərində də etiraz mitinq-yürüşləri keçirilib.
Növbəti kütləvi aksiya sentyabrın 21-nə planlaşdırılır.