"Hökumət Yulia Timoşenkonun və millətçilərin əli ilə Saakaşvilini tələyə saldı.

Bu fikirləri Unikal.org-a politoloq Qabil Hüseynli Saakaşvilinin Ukrayanaya daxil olması ətrafında yaranan qalmaqalı şərh edərkən deyib. O, bildirib ki, Saakaşvilinin Ukrayanaya daxil olması öz təşəbbüsü idi və bundan hökumət öz xeyrinə yararlandı: "Hər bir ölkənin ərazisinə daxil olma və oranı tərk etmək haqqında qanunverciliyi var. Saakaşvili sərhədkeçmə haqqında qanunu pozdu, pasportunda qeydiyyat olmadan ölkəyə daxil oldu. Müxtəlif səhvlər və xətaların hamısı birləşdi və Saakaşviliyə bir neçə maddə ilə cinayət işinin açılmasına gətirib çıxardı. Bundan Timoşenkoya hansı pay düşəcək, onu bilmirəm. Onun müdafiəçilərinin sayı hazırda azalıb.

Image result for qabil hüseynli

Hökumət də prosesləri ciddi şəkildə nəzarətdə saxlayaraq o məqamı gözləyir ki, Saakaşvili heç nə edə bilməyəcək, camaat yorulub oradan uzaqlaşacaq və sonra mədəni şəkildə onun əl qoluna qandal vurub həbs edəcəklər. Bundan sonra da müxtəlif proseslər başlayacaq. Həmin proseslərin içində onun Gürcüstana ekstradisiya edilməsi də var.

"Saakaşvilinin həbs olunması Qərb-Ukrayna münasibətlərini korlaya bilərmi? sualını politoloq belə şərh edib:

"Saakaşvilinin həbsi qətiyyən Qərb-Ukrayna münasibətlərini korlaya bilməz. Çünki Qərb belə avantürist işlərə imza atmır. Əgər Qərbin bu işdə barmağı olsaydı, Saakaşvili Ukraynaya daha rahat yollarla daxil olardı. İlk növbədə onun passportu ləğv edilməzdi. Qərb bu dəqiqə Ukraynanın ərazisində NATO-nun hərbi təlimlərini keçirir və orada sabitliyin bərqərar olmasının tərəfdarıdır. İnanmıram ki, Saakaşvilinin həbsinə görə Qərbdən Ukraynaya hər hansı bir məzəmmət gəlsin. Ona hüquqi yardım göstərməkdə davam edəcəklər. Bu adam Qərb qaydalarına uyğun hərəkət etmirsə, avantüraya yol verirsə, Qərb öz dövlət ciddiliyini bir şəxsin xəstəhal, ambisiyalı hərəkətlərinə qurban verməz. Amerikanın sinəsini qabağa verib Saakaşvilini müdafiə edəcək halı yoxdur. Onlar üçün Ukraynanın Rusiyaya qarşı güclənməsi daha vacibdir. Əgər bu məsələdə Qərbin əli olsaydı, vaxtında Saakaşvilini Gürcütsana göndərərdilər.

Həsən Babayev