Xəbər verdiyimiz kimi, aşıq Ədalət Nəsibov ötən gün dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, xərçəngdən əziyyət çəkən mərhum aşığın ölümündən aparıcı Zaur Baxşəliyev də sarsılıb.

Aparıcı aşıqla bağlı xatirələrini İnstagram hesabindan paylaşaraq, izləyiciləri ilə bölüşüb:

"Ədalət! Ah, Ədalət! Dilim gəlmir öldü deyim,
Döndü deyim, söndü deyim!
Üzün bizdən şöndü deyim,
Heyf səndən, Ədalət!"