Bu gün səhər saatlarında London metrosunda partlayış olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, polis əməkdaşları metropolitendə daha bir bomba aşkar ediblər. Hazırda partlayıcı qurğu mütəxəssislər tərəfindən zərərsizləşdirilir.

Qeyd edək ki, "Parsons Qrin" stansiyasında səhər saatlarında partlayış olub. Şahidlərin bildirdiyinə görə, vaqonların birində plastik vedrə partlayıb.

Partlayışdan sonra platformada çaşqınlıq olub. Son məlumatlara əsasən 20 nəfər xəsarət alıb. Polisin ilkin versiyasına əsasən baş verən hadisə terror aktıdır.