Rusiya ABŞ-ın çağırdığı BMT-də islahatlara dair tədbirdə iştirak etməyib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qennadiy Qatilov bəyan edib.

Onun sözlərinə görə, rəsmi Moskva BMT-də islahatların lehinə olsa da, digər mövqedən çıxış edir: "İslahat hərtərəfli olmalıdır. İslahatla bağlı bütün qərarlar dövlətlərarası dialoq çərçivəsində quruma üzv ölkələr tərəfindən qəbul edilməlidir. Bugünkü tədbir ayrıca bir ölkənin təşəbbüsüdür, deyə Q.Qatilov qeyd edib.

Qeyd edək ki, bu gün Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında BMT-də islahat aparılmasına dair dünya liderlərinin görüşü olub. ABŞ-ın BMT-də islahatlar aparılması barədə təklif etdiyi Deklarasiyanı 193 ölkədən 128-i imzalayıb.