"Mercedes" Rusiyada 8,3 mindən çox "Mercedes-Benz GLE E-class" və "Mercedes-Benz GLC S-class" avtomobilini geri çağırıb.

Unikal.org-un məlumatına görə, bu qərar avtomobillərdə sükanın elektrogücləndiricisində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ildən 2017-ci ilədək Rusiyada satılmış modellərə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.