Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Şəmkir rayonundan keçən hissəsində olub.

Hərəkətdə olan VAZ markalı iki avtomobilin toqquşması nəticəsində rayon sakinləri - 50 yaşlı Əli Sarıyev və 55 yaşlı Arif Məmmədov xəsarət alıb. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.