Milli Məclisin komitə sədri Azərbaycanda Leninin və Stalinin heykəllərinin uçurdulub məhv edilməsinə etiraz edib.

Unikal.org-un məlumatına görə, MM-in Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitənin sədr Rafael Hüseynov bildirib ki, keçmiş SSRİ liderlərinin heykəllərini yığıb bir yerdə saxlamaq lazım idi.

"Mən o vaxt da təklif etdim, amma eşidən olmadı. Onlar bizim tarixdir. Qəmli də olsa, faktiki olaraq tariximizdir. "26 Bakı komissarının, XI Qızıl Ordunun şərəfinə ucaldılmış və digər abidələr heç olmasa yığılıb bir yerdə saxlanmalı idi. Yeni nəsilləri həmin heykəllərlə tanış etməliydik. Məsələn, XI Qızıl Ordunun əslində xilaskar olmadığını həmin heykəl əsasında anlatmalıydıq. Həmin abidələri saxlamaqla gələcək nəslə məlumatları çatdırmaq daha asan olardı. Təəssüf ki, həmin heykəllər məhv edildi, - deyə o bildirib.