Bakının Nəsimi rayonunda orta yaşlı kişini evin damında cərayan vurub.

Unikal.org "Reporta istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Mədətov Samir Əsrasif oğlu fərdi yaşayış evinin dam örtüyünün üzərində iş görən zaman onu elektrik cərəyanı vurub.

S.Mədətov cərəyanın təsirindən yerə yıxılıb. O, ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.