Əfqanıstanın cənub-şərqindəki Nanqarhar əyalətində avtobusun qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub, 34 nəfər xəsarət alıb.

Unikal.org-un məlumatına görə, avtobus nikah mərasiminə gedən qonaqları aparırmış.

Avtobusun idarəetməni itirərək yoldan çıxdığı bildirilib.