Şəkidə meşədə kişi meyiti tapılıb.

Unikal.org xəbərinə görə, bu barədə apa-ya hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, bu gün saat 11 radələrində rayonun Qoxmuq kənd inzibati ərazisində, dağlıq meşəlik ərazidə çürümüş kişi meyiti tapılıb.

İlkin araşdırma zamanı tapılan meyitin rayonun Qoxmuq kənd sakini 64 yaşlı Fərrux Rəcəb oğlu Səmədov olduğu müəyyən olunub. Araşdırma zamanı o da məlum olub ki, Fərrux Rəcəbov 3 gün əvvəl yaşadığı evdən süpürgə hazırlamaq üçün bitki yığmaq məqsədilə meşəyə gedib və geri qayıtmayıb.
Fərrux Rəcəbovun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.