İspaniyanın "Barselona futbol klubu mövsüm sonunda müqaviləsinin müddəti bitən Andres İnyesta ilə kontraktının vaxtını uzadıb.

Unikal.org publika.az-a istinadən xəbər verir ki, klub təcrübəli oyunçu ilə ömürlük müqavilə imzaladığını açıqlayıb. Beləliklə, ulduz futbolçu kariyerasının sonuna qədər "Barselona forması geyinəcək.
Kataloniya klubu İnyestadan sonra, komandanın dünyaca məşhur ulduzu Leonel Messinin də 2018-ci ildə bitəcək müqaviləsini təzələmək niyyətindədir.