Nigeriya yığması Dünya çempionatı - 2018-in final mərhələsinə vəsiqə qazanıb.

Unikal.org xəbər verir ki, komanda turnirin Afrika üzrə təsnifat mərhələsi çərçivəsində Zambiyanı məğlub edib.

Uyo şəhərində keçirilən görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Matçda yeganə qolu 73-cü dəqiqədə Aleks Ayuobi vurub.

"B" qrupunun digər oyununda Kamerun yığması Əlcəzair üzərində 2:0 hesablı qələbə qazanıb.