DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında sonuncu tura start verilib. 

Unikal.org-un məlumatına görə, 3 qrupda qarşılaşmalara yekun vurulub.

Azərbaycan millisinin də yer aldığı C qrupunda da son görüşlər baş tutub. İlk iki yerin sahibi müəyyənləşdiyindən X tur formal xarakter daşıyıb.

Robert Prosineçkinin yetirmələri qrupdakı son matçını səfərdə keçirib. Yığmamız Almaniya ilə qarşılaşıb və 1:5 hesablı darmadağına üzülüb.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, C qrupu

X tur, 8 oktyabr

Almaniya - Azərbaycan - 5:1

Qollar: Qoretzka, 9, 66, Vaqner, 55, Rüdiger, 64, Emre Can, 81 - Ramil Şeydayev, 34