Gəncədə "KamAZ" markalı yük maşını ilə vurulan qadın ölüb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.


***12:10
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Yük maşını şəhər sakini, 1967-ci il təvəllüdlü Mətanət İsayevanı vurub. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.