Yağ qutularından siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsindən unikal.org-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postundan keçməklə Rusiya Federasiyasından ölkəmizə gələn Azərbaycan vətandaşının əl yüklərinə gömrük baxışı keçirilib.

Bu zaman vətəndaşa məxsus yağ qutularındakı yağların altından ümumi sayı 126 qutu olan "Belomorkanal" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.