SON XƏBƏRLƏR
16 Iyul 2018
Qırıcı qəzaya uğradı - Ölən var
DÜNYA 19:12 / 12.10.2017

İspaniyada "Eurofighter" qırıcısı qəzaya uğrayıb.

Unikal.org-un məlumatına görə, qəza ölkədə dövlət bayramı münasibətilə keçirilən hərbi parad zamanı baş verib. Paraddan qayıdan təyyarənin qəzaya uğraması nəticəsində pilot ölüb.

Qəzanın baş vermə səbəbləri məlum deyil.

İspaniya kralının da qatıldığı paradda 78 hərbi aviasiya texnikası iştirak edib.