Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykalın səhhətində ciddi problem yaranıb və reanimasiyaya yerləşdirilib.

Unikal.org xəbər verir ki, Baykal yüksək hərarət şikayəti ilə xəstəxanaya aparılıb.

79 yaşlı siyasətçi Ankaradakı evində özünü pis hiss edib. Xəstəxanada ilkin müdaxilədən sonra Baykalın nəfəs yollarında infeksiya müşahidə edilib.
Sonra isə reanimasiya şöbəsində müalicə başlayıb. Bildirilir ki, siyasətçinin vəziyyəti yaxşıya doğru gedir.

Xəbəri eşidən bir çox partiyalı xəstəxanaya axın edib.

Qeyd edək ki, AŞPA-nın rəsmi saytında qardaş ölkənin ünlü siyasətçilərindən olan CHP-nin sabiq lideri Deniz Baykal, İlhan Kesici və Gülsüm Bilgehan qətnamənin lehinə səs veriblər.