Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Unikal.org-un Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Partlayış nəticəsində yaxınlıqdakı binaya ziyan dəyib. Partlayışın ardınca başlayan yanğının qarşısı alınıb.

Hazırda partlayışın başvermə səbəbləri araşdırılır.