Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində "Mercedes Vito" markalı avtomobil at arabası ilə toqquşub.
Qəza nəticəsində rayonun Qaradağ Buduq kənd sakini, 62 yaşlı Nuru Zeynalov ölüb.

Faktla bağlı araşdırma aparılır.