Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar verib. 

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, millət vəkillərinin əksəriyyəti hökumətin təqdim etdiyi müvafiq qanun layihəsini dəstəkləyib.

Qeyd edək ki, Türkiyə hökuməti ötən gün ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar verib. Müvafiq sənəd təsdiqlənməsi üçün parlamentə göndərilib.

Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub.