Türkiyənin paytaxtı Ankara şəhərində dəhşətli hadisə baş verib.

Unikal.org Türkiyə mətbatına istinadən xəbər verir ki, N.A.adlı şəxs dostunun 61 yaşlı anasına təcavüz edib.

Belə ki, həbsdən yeni çıxan N.A 15 gün öncə tanış olduğu həmyerlisi ilə tez zamanda səmimiyyət qurub. Pul mövzusunda da G.Y-nin güvənini qazanan N.A onun evinə rahat şəkildə gedib-gəlməyə başlayıb.

Məlumata görə, təqsirli bilinən şəxs dostunun evdə olmadığını fürsət bilərək onlara yollanıb.
O qapını üzünə açan G.Y-nin 61 yaşlı anasına silah gücüylə təcavüz edib. Həmçinin qadının zinət əşyaların da oğurlayıb.

Hadisəni törədən şəxs qısa zamanda həbs olunub.