Bakıda dəhşətli yol qəzası baş verib.

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, Mətbuat prospekti, Həsən bəy Zərdabi küçəsi 68 ünvanında "Mercedes markalı avtomobil yolu keçən 35-38 yaşlı qadını vurub. Qadın ağır yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, o, uşağını bağçadan götürməyə gedirmiş.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım avtomobili cəlb edilib.

Həmin görüntüləri təqdim edirik: