Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən Unikal.org-a verilən xəbərə görə, oktyabrın 23-də keçiriləcək hibrid depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99% təşkil edir.