21 Oktyabr 2018
20 Oktyabr 2018
ASAN Xidmətə avtomat patronları ilə girdi - 20 yaşlı gənc SAXLANILDI
KRİMİNAL 13:24 / 20.10.2017
Sumqayıtda 20 yaşlı oğlandan avtomat patronları götürülüb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşları şəhərdəki ASAN Xidmət mərkəzində texniki nəzarət detektorundan keçən Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Muradov Səbuhi Müşviq oğlunun üzərində patronların olduğunu müəyyən ediblər.

20 yaşlı Səbuhi üzərindəki 8 ədəd avtomat patronu ilə birgə hadisə yerinə dəvət olunmuş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-də araşdırma aparılır.