"Moskva İŞİD-lə mübarizədə istənilən addımları təqdir edir".

RİA "Novosti" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Suriyanın Raqqa şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı ilə əlaqədar deyib.

"İŞİD-lə mübarizədə istənilən uğuru müsbət qarşılayırıq. Bu baxımdan Raqqada əldə olunanlar irəliyə doğru addımdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, Raqqa şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı beynəlxalq koalisiyanın köməyi ilə müxalif "Suriya Demokratik Qüvvələri" tərəfindən keçirilib.