Ağstafa rayonunun Poylu kəndində intihar hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki,  1985-ci il təvəllüdlü rayon sakini Elçin Ədalət oğlu Nəbiyev özünü yaşadığı evdə asaraq öldürüb.

Məlumata görə, E.Nəbiyev 2013-cü ildə ailə həyatı qurub. Lakin, toyundan üç gün sonra özünü asaraq intihara cəhd edib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.