Türkiyənin məşhur aparıcısı Ebru Şallının sevgilisi Uğur Akkuş boşanmaq üzrə olduğu həyat yoldaşı Gonca Akkuşu məhkəməyə verib. İş adamı həyat yoldaşının onu təhqir etdiyini iddia edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, belə bir addım atamasına səbəb həyat yoldaşının onun və sevgilisi haqqında təhqiramiz ifadələr işlətməsidir.

Gonca Akkuş məsələ ilə bağlı belə danışıb:
"Nə sənə, nə də sevgilinə təhqiramiz söz demişəm. Uşaqlarımın himayədarlıq hüququnu aldıqdan sonra sənin adını belə unudacam. Bundan öncə də 18 müxtəlif səbəbdən məndən şikayət ərizəsi yazmısan.