Ucar rayonunda qadına qarşı quldurluq edilib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, rayon sakini Səbinə Cəbrayılovanın qarşısını naməlum şəxs kəsib. Həmin şəxs S.Cəbrayılovanın 980 manat pulunu hədə-qorxu gələrək alıb.

S.Cəbrayılova üzləşdiyi quldurluq hadisəsi ilə bağlı Ucar rayon polis şöbəsinə şikayət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəraybəyli kənd sakini Asiman Vəliyev tutulub.