Bakıda polis dəmiryolu stansiyası ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb. Məlum olub ki, həmin şəxs zərərçəkmişi əvvəlcədən izləyərək bu cinayəti törədib. Nefçala polisi isə evlərdən oğurluq edən şəxsləri saxlayıb.

Kafedə başqa masada əyləşən şəxsin cibində çox pul olduğunu görən şəxs onu soyub.

Hadis paytaxtın Sabunçu rayonu, dəmiryolu vağazalında baş verib. Bakı şəhər sakini Afat Vəliyev polisə məlumat verib ki, tanımadığı şəxs stansiya ərazisində ona zor tətbiq edərək 490 manat pulunu əlindən alıb. Dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb. Cinayəti törətməkdə şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşı Musa İbrahimov tutulub.

Saxlanılan şəxsin sözlərinə görə, hadisədən əvvəl Afat Vəliyevlə eyni kafedə, başqa masalarda yeyib içiblər. Afatın cibindən çoxu pul çıxardığını görən Musa İbrahimov qəsdən onunla mübahisə salıb və mübahisəni dəmiryolu stansiyasının ərazisinə gələrək davam etdirməyi təklif edib. Elə cinayət də həmin yerdə olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Neftçala polisi isə mənzillərdən oğurluq edən şəxsi tutub. Rayonunun Qaraqaşlı kənd sakini Polis Şöbəsinə müraciət edərək, bir gün əvvəl evindən 5 min manat dəyərində qızıl-zinət əşyalarının və 80 manat pulunun oğurlandığını bildirib. Polis əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən iki əmioğlu Murad və Camal Eyvazovları saxlayaraq istintaqa cəlb edib. Qohumlar cinayəti sahibinin evdə olmadığından istifadə edərək birgə törətdiklərini, 13 adda qızıl-zinət əşyaları oğurladıqlarını etiraf ediblər. Ətraflarında aparılan tədbirlərlə onların oğurladıqları qızılları Qaraqaşlı kəndində yol kənarında basdırdıqları müəyyən edilib və həmin zinət əşyaları maddi sübut kimi götürülüb. Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi başlanıb.