Bu gün ömrümün 39-cu ilinə qədəm qoydum. Bu illərin çoxunu özümdən çox başqalarına həsr etdim. Əvəzində isə özümə qarşı nankorluq və pislik gördüm. Həyatlarını qurtardığım, həyatlarını həyat etdiklərim, bir az güc yığan kimi mənə cırmaq atdılar.

Unikal.org Milli.Az-a istinadən xəbər verir ki. bu sözləri bu gün ad günü olan meyxanaçı Namiq Qaraçuxurlu deyib.

Heç kimlə düşmənçilik etmədiyini deyən sənətçi sözlərinə bu cür davam edib:

"Yalandan üzümə gülənləri, mənə düşmənçilik edənləri açıq şəkildə qəlbimdə tanıdım, amma heç bir addım atmadım. Məni hər bir çətinlikdən Allahım qorudu. Kişi xasiyyətimi qoruyaraq heç kimə cavab vermədim. Az olsa da artıq özüm üçün yaşamağa başlamışam. Məni sevən tamaşaçılarım var. Bu, nəyin bahasına olursa olsun şəxsiyyətimə, sənətimə verdiyim dəyərə görə Allahımın dəyişməyən hədiyyəsidir. Doğmalarım, yaxşı ki varsınız. Sizinlə çox xoşbəxtəm".