Bakıda orta yaşlı kişi qadın tərəfindən bıçaqlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Azadlıq prospektində, 47 nömrəli orta məktəbin yaxınlığında 1985-ci il təvəllüdlü Babayev Rövşən İlham oğlu tanıdığı qadınla mübahisə edib. Mübahisə zamanı qadın bıçaqla onun əlinə xəsarət yetirib.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib.