Antalyada dəhşətli hadisə baş verib. Kafel-metlaq ustasının 9 yaşlı qıza aylardır təcavüz etdiyi öyrənilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı kafel-metlaq ustası şirniyyatla aldatdığı H.Ö-nü evinə apararaq ona qarşı qeyri-etik hərəkətlər edib.

4-cü sinif şagirdi bununla bağlı müəlliməsinə danışıb. Bildirib ki, onunla eyni binada yaşayan H.A təxminən 4 aydır ki, onu şirniyyatla aldadıb evinə aparır. Sonra qızı uzandıraraq üzərinə şığıyır. H.Ö-nün bildirdiyinə görə, 54 yaşlı kişi belə hərəkəti axrıncı dəfə 5-6 gün öncə edib. Məsələ ilə bağlı məktəb direktoruna xəbər verilib və polis məlumatlandırılıb. Təcavüzçü həbs edilib.