Anasını döydüyü üçün atasını öldürən 21 yaşlı qız tükürpədici ifadəsi ilə diqqət çəkib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bursa şəhərində baş verib. 

42 yaşlı atası Kemal K.-ni tapançayla öldürən 21 yaşlı Dilarə K. polisə özü təslim olub. 
Dilarə K. ifadəsində: "Sizi öldürəcəyəm deyə qışqırınca, qorxutmaq məqsədiylə atəş açdım" deyib:

"Narkotikdən asılı hala gəlmişdi. Hətta mənə tez-tez  təcavüz də edirdi. Hadisə gecəsi asma xəstəsi olan anamı döydü".

Qətllə bağlı istintaq davam edir.