Amerikada bir nəfər yaşadığı evin bir otağını kirayə verir. Kirayəşin isə biri  oğlan uşağı olmaqla, 3 azyaşlıya təcavüz edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, manyakın bu əməli valideynlərin diqqəti sayəsində aşkarlanıb.

Belə ki, 44 yaşlı Edqar Kollagua adlı şəxs kirəyədə yaşadığı mənzilin sahibinin azyaşlı övladlarına seksual xarakterli hərəkətlər edib. Ana və ata 6 yaşlı oğlu üçün ad günü təşkil edir. Doğum günü partisi davam edərkən, Collagua 6 yaşlı oğlanı, 5 yaşlı qızı və daha bir azyaşlı qızı film izləmək adı ilə valideynlərindən icazə alıb, öz otağına aparıb.

Qızlardan biri otaqdan çıxanda qəribə hərəkətlər edib. Bu da valideynlərin diqqətini çəkib. Dərhal manyakın otağına girən ata və ana oğlunun Collaguanın qucağında olduğunu, azyaşlı qızı isə sığalladığnın şahidi olublar. Ata və ana azyaşlı qızından soruşduqda isə qız onun sığalladığını və dodaqlarından öpdüyünü valideynlərinə deyib. Dərhal polisə xəbər verən valideynlər təcavüzçünü otağına salıb qapını arxadan bağladılar. Polis gələnə qədər isə manyak oranı tərk etmək istəyib. Özünü 4-cü mərtəbənin pəncərədən çölə atıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.