Şəkidə 80 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  bu gün səhər saatlarında rayonun Küdürlü kənd sakini, 1937-ci il təvəllüdlü Zakir Murtuz oğlu Şabanov kəndin inzibati ərazisindəki dağlıq ərazidə qoyun otaran zaman ehtiyatsızlıqdan dərəyə yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

80 yaşlı Zakir Şabanov yaxınlarının köməkliyi ilə yaşadığı evə aparılıb. Zakir Şabanov evə gətirildikdən bir qədər sonra aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.