Bakıda ticarət mərkəzində dava zamanı orta yaşlı kişi bıçaqlanıb.

Unikal.org "Report"a istinadən bildirir ki, hadisə Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində baş verib.

1985-ci il təvəllüdlü Rzayev Raman Ədalət oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Qaradağ Rayon Polis İdarəsində araşdırılır.