"Realın ulduz futbolçusu Qaret Beylin ailəsində faciə baş verib.

Unikal.org xəbər verir ki, Beylin bacısının əri Aleksandr Uilyams Kardif yaxınlığındakı mənzilində ölü tapılıb. Onun hansı səbəbədən öldüyü bəlli deyil. 

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Ancaq onun ölümündə şübhəli əlamətlərin olmadığı bildirilib.

Beylin bu hadisədən şoka düşdüyü deyilir.