Müğənni Castin Timberleyk və xanımı Cessika Bil ötən gecə Hollivud küçəsində görüntülənib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cütlük restoranlardan birində romantik şam yeməyi yeyib.

Çıxışda kameraları görən Castin əsəbiləşsə də, Cessika buna əhəmiyyət verməyib.

Qeyd edək ki, Timberleyk və Bil 2012-ci ilin oktyabrında İtaliyada ailə qurub. 5 illiklərini ötən ay edən cütlüyün 2015-ci ildə Saylas adlı bir oğlu dünyaya gəlib.