Turistlər üçün ən təhlükəli ölkələr - SİYAHISI

17 Noyabr 2017 [22:58]


Bütün dünyada səyahətçilərin təhlükəsizliyi və tibbi yardımı ilə məşğul olan "SOS International" beynəlxalq təşkilatı 2018-ci ildə turistlər üçün ən təhlükəli ölkələrin siyahısını hazırlayıb.

Unikal.org-un məlumatına görə, ən təhlükəli ölkələr Suriya, Liviya, Yəmən, Somali, Mərkəzi Afrika Respublikası, İraq, Əfqanıstan, Qvineya-Bisau və Burundi hesab olunub.

Eyni zamanda, təşkilat turistlər üçün ən təhlükəsiz ölkələrin adlarını açıqlayıb.

Siyahıya əsasən, Norveç, Danimarka, Finlandiya, İslandiya, İsveçrə, Sloveniya və Lüksemburq turizm baxımından ən təhlükəsiz ölkələr hesab olunub.











SON XƏBƏRLƏR davamı
2017-12-12
2017-12-11










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.94%)
Xeyir (91.06%)