SON XƏBƏRLƏR
20 Iyun 2018
19 Iyun 2018
“İskəndər-M” sınaqdan keçirildi - VİDEO
VİDEO 20:58 / 18.11.2017
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Tacikistanda baş tutmuş təlimlərində "İskəndər-M” yeni ballistik raket kompleksi sınaqdan keçirilib.

Unikal.org xəbər verir ki, bu barədə videonu şəbəkədə "Zvezda” telekanalı yerləşdirib.

Raket 130 kilometrdən uzaq məsafədə yerləşən obyektə Lyaur poliqonundan buraxılıb. Bunu Rusiyanın Mərkəzi hərbi dairəsinin komandanının köməkçisi, polkovnik Yaroslav Roşşupkin deyib. Hədəf rolunu oynayan şərti terrorçu düşərgəsi məhv edilib.

Roşşupkinin sözlərinə görə, bu sınaq raketin daha dəqiq və düşmən tərəfindən daha çətin aşkarlanması xüsusiyyətlərini təsdiq edib.

Qeyd olunur ki, raket hədəfdən təxminən 10 metr yayınıb.