Türkiyədə təhsil almış azərbaycanlı tələbələr maraqlı layihə həyata keçiriblər.

Unikal.org xəbər verir ki, layihə çərçivəsində "Təhsil üçün Oxu! adlı maraqlı video-sujet hazırlanıb.
Videoda 1992-ci ildə Türkiyə Cumhuriyətinin təşəbbüsü ilə Azərbaycandan ali təhsil almaq üçün bu ölkəyə üz tutan tələbələr də yer alıblar. Onlar sözügedən layihədə Azərbaycan və Türkiyə təhsilinin inkişafı üçün səslərini sınayıblar.

Bu tələbələr arasında Azərbaycan dövlət qurumları, özəl sektorda çalışanlar da var. Onlardan biri də Ankara Universitetində təhsil almış və hazırda "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışan Nəsimi Paşayev də var.

Həmin video sujeti oxuculara təqdim edirik: