Rusiyanın Suriyadakı səfirliyi atəşə tutulub.

Unikal.org Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, diplomatik missiyanın əməkdaşları arasında xəsarət alanlar yoxdur.

"Noyabrın 20-də Suriyanın paytaxtı Dəməşq şəhərinin terrorçular tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində mərmilərdən biri Rusiya səfirliyinin ərazisinə, yaşayış kompleksinin yaxınlığına düşüb. Nəticədə binanın divarı, elektrik xətləri və su təchizatı sistemi zədələnib", - xəbərdə qeyd olunub.