Rəsmi Vaşinqton Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına əlavə edib

Unikal.org-un xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
"Bu, Şimali Koreyaya qarşı daha çox sanksiyaların tətbiqinə səbəb olacaq", deyə Tramp bildirib.
Qeyd edək ki, 2008-ci ildə ABŞ Dövlət Departamenti Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarıb.

Beləliklə, hazırda terrorizmi dəstəkləyən dövlətlər siyahısında 4 ölkənin adı var: İran, Sudan, Suriya və Şimali Koreya.