Bu gün Topaz Premyer Liqada 14-cü turun daha bir oyunu keçirilib.

Unikal.org-un məlumatına görə, autsayder "Kəpəz" Gəncədə "Sumqayıt"ı qəbul edib.
Meydan sahibləri Yunis Hüseynovun rəhbərliyi altında çempionatda ilk xalını qazanmağa çalışsalar da, buna nail ola bilməyiblər. "Sumqayıt" isə qalib gələrək 4-cü pillədəki yerini möhkəmlədib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.